Salyan rayonunda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsinin (Xələc həbsxanası) keçmiş rəisi həbs olunub.
Lent.az-ın məlumatına görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən noyabrın 4-də Afət İsmayılova qarşı dələduzluq etmiş Faiq Güləliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Yenikənd kənd sakini Xalidə Zeynalovanın da etimadını qazanaraq 6000 manatını alması müəyyən edilib. Toplanmış materiallar əsasında F. Güləliyevin həbs edilməsi qərarı verilib və o saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş başlanılıb.
Qeyd edək ki, F. Güləliyev işində yol verdiyi bir sıra nöqsanlara görə bir müddət əvvəl işdən çıxarılıb.


