Hadisə ötən gecə qeydə alınıb
Azərbaycanın xalq artisti Arif Quliyevin oğlu dünyasını dəyişib. Arif Quliyevin ANS-ə verdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Fərid Quliyev ötən axşam ağır vəziyyətdə xəstəxanadan evə gətirilib və bir qədər sonra keçinib.
Aktyor bildirib ki, oğlu uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. Xəstəliyi ağır olduğundan onu xilas etmək mümkün olmayıb.
A.Quliyevin sözlərinə görə, 1 ildir ki, həbsdən çıxan Fərid Quliyev bu müddət ərzində dəfələrlə xəstəxanada və evdə müalicə olunub.
Xalq artistinin oğlu bu gün torpağa tapşırılacaq. Atasının verdiyi məlumata görə, yas mərasimi qohumlarının Tağıyev qəsəbəsindəki evində olacaq.
Qeyd edək ki, F. Quliyev uzun müddət məhkumluq həyatı yaşayıb.


