ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparan milyarder Donald Trampın Çikaqo şəhərində keçəirmək istədiyi mitinq baş tutmayıb. Səbəb Tramp əleyhdarlarının da görüşə gələrək ona etiraz etməsi və nəticədə toqquşmanın baş verməsidir. Trampla tərəfdarlarının görüşü İllinois Universitetinin qarşısında olmalıydı.
Trampın seçki qərargahından bildiriblər ki, polislə görüşdən sonra o, tədbiri təxirə salmaq qərarına gəlib. Lakin Çikaqo Polis Departamenti görüş barədə məlumatı təkzib edib.
Hadisə vaxtı kütlədə Demokratlar partiyasından namizədliyə iddiaçı Sandersi dəstəkləyən şüarlar səslənib. Mitinqə təxminən bir saat qalmış başlayan qarşdırma polisin müdaxiləsindən sonra başa çatıb.
Respublikaçılar partiyasından Trampın əsas rəqibi sayılan Ted Kruz hadisəni pisləyib. O deyib ki, Trampın kampaniyası adamları zorakılığa təhrik edir.
Hadisədən sonra Donald Tramp deyib ki, ayrıseçkiliyin yaranmasında heç bir rolu yoxdu və insident geniş kütlələr arasında mövcud olan qəzəbin təzahürüdür.





