Türkiyə prezidenti Recep Tayyip Ərdoğan-ın Azərbaycana səfərinin tarixi bəlli olub.
Ərdoğan martın 15-də Azərbaycana gələcək.
Səfər zamanı Azərbaycanda yüksəksəviyyəli görüşlərin keçirilməsi gözlənilir.
Türkiyə prezidenti bu il fevralın 18-də Azərbaycana gəlməli idi. Ancaq Türkiyə paytaxtı Ankarada baş verən terror aktı üzündən səfər təxirə salınmışdı.
Onda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi.
(apa)