Bakıda kişi 17 mərtəbəli binadan özünü atıb FOTO

intihar

Bakıda 17 mərtəbəli binadan özünü atan şəxsin kimliyi məlum olub.

Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün səhər saatlarında Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 ünvanında yerləşən 17 mərtəbəli binadan özünü atan şəxsin 1992-ci il təvəllüdlü Fərid Xəqani oğlu Şahverdiyev olması müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, F. Şahverdiyev ruhi xəstə kimi qeydiyyatdadır. Mərhumun atası hadisə baş verən binada mənzil alıb. Lakin həmin mənzildə yaşayış yoxdur. F. Şahverdiyev səhər atasından həmin mənzilin açarlarını istəyib. Lakin atası xəstəliyini nəzərə alaraq evin açarlarını ona verməyib. F. Şahverdiyev daha sonra həmin binaya gedərək 8-ci mərtəbədən özünü atıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

***

Bakıda intihar hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 ünvanında qeydə alınıb. 35-40 yaşlarında naməlum kişi həmin ünvanda yerləşən 17 mərtəbəli binadan özünü ataraq öldürüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb. Özünü binadan atan şəxsin həmin ünvanda yaşamadığı bildirilsə də, üzərində sənəd olmadığı üçün şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. (APA)