Vergilər Nazirliyindən şübhəli statistika

420380 vergi ödəyicisi 5 475,1 mln. manat vergi ödəyib

Qubad Ibadoğlu: «Ödənilən vergilərin məbləği şübhə doğurur»

Bu ilin yanvarın 1-nə Azərbaycanda qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 420 380-ə çatıb. Il ərzində respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 67 376 olub.
Ötən il Vergilər Nazirliyindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi isə 5 475,1 mln. manat təşkil edib. Bu rəqəmin vergi ödəyicilərinin sayına uyğunluğu nə dərəcədədir? Eyni zamanda vergi ödəyicilərinin sayının artması büdcə daxilolmalarında özünü göstəribmi?
Iqtisadçı-ekspert Qubad Ibadoğlu əvvəlki illərlə müqayisədə Vergilər Nazirliyinini xətti ilə büdcəyə daxil olan vəsaitlərin artdığını deyir. Buna səbəb isə vergi ödəyicilərinin, daha çox fiziki şəxs kimi qeydiyyata düşənlərin artmasıdır.
Bütövlükdə dövlət büdcəsinin Neft Fondundan asılı olduğunu deyən ekspert Azərbaycanda daha yüksək vergi potensialının olduğunu bildirdi. Eyni zamanda ödənilən vergilərin məbləği də şübhə doğurur. Çünki ödənən vergilər və Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi artmalıdır.

Fizzə