Rusiya prezidenti Vladimir Putin Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubova ölkəsinin “Dostluq” ordenini təqdim edib. Kremlin saytı bildirir ki, prezident V. Putin bu gün yerli və xarici ölkələrin vətəndaşlarına dövlət mükafatlarını təqdim edib.
Qeyd edək ki, Yaqub Eyyubov bu mükafata ötən il “dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi və mədəni əlaqələrin inkişafına töhfəsinə görə” layiq görülüb.