“Binə” də işıq etirazı

Sahibkarlar hər gün işıqların səbəbsiz yerə söndürülməsindən beziblər

“Binə” Ticarət Mərkəzində hər gün 2 saat müddətinə işıqlar səbəbsiz yerə söndürülür. Bu barədə qəzetimizə sözügedən ticarət mərkəzində çalışan sahibkarlar məlumat verib.
Onların sözlərinə görə, dəfələrlə işıqların söndürülməsinin səbəbini öyrənməyə çalışıblar, lakin heç bir nəticəsi olmayıb: “Kəbirə Məmmədova özü bizi qəbul etmir. Onun adamları da heç bir izahat vermirlər. Çox hay-küy salanda da deyirlər əcəb eləmişik. Hər ay bizdən 70 manat işıq pulu yığırlar. Amma hər gün də 2 saat işığımızı kəsirlər”.
Sahibkarlar deyir ki, artıq bu özbaşınalıqdan cana doyublar. “Artıq düşünürük ki, etiraz aksiyalarına başlayaq. Çünki başqa çıxış yolumuz yoxdur”,- deyə sahibkarlar bildirib.

Informasiya şöbəsi