Bakının mərkəzində özünü yandıran şəxslə bağlı yeni xəbər

ozunu-yandirdi2Özünü yandıran şəxsin kimliyi araşdırılır

Dünən sübh saatlarında Filarmoniya bağında özünü yandıraraq intihar edən şəxsin kimliyini müəyyənləşdirmək hələ də mümkün olmayıb. Lent.az xəbər verir ki, 40-45 yaşlı həmin şəxsin bədəninin demək olar ki bütün hissəsi, eləcə də sifət nahiyəsi yandığından onun şəxsiyyətini müəyyənləşdirmək çətinləşib. Həmçinin intihar edən şəxsin paltarının qalıqları arasında onun sənəndlərini və ya sənəd qalığını da tapmaq mümkün olmayıb.

Bildirilir ki, metronun “İçərişəhər” stansiyası yaxınlığına, Filarmoniya bağına gələrək üstünə benzin tökən həmin şəxsin əynindəki paltarlar çox nazik olub. Bu səbəbdən onun bədəni qısa zamanda tamamilə yanıb.

Hadisə vaxtı, yəni dünən saat 05:20 radələrində Filarmoniya bağında kimsə olmadığından və köməyə gələn şəxslər su, torpaq kimi yanğınsöndürmə vasitələri tapa bilmədiyindən həmin şəxsə kömək etmək mümkün olmayıb.

Araşdırmalar davam etdirilir.