Qətər əmiri qırğınlara son qoymaq üçün bu ölkəyə hərbi qüvvə göndərməyin vacib olduğunu deyib
Qətər əmiri Suriyadakı qan axıdılmasına son qoymaq məqsədilə bu ölkəyə ərəb ölkələrinin hərbi qüvvələrinin göndərilməsinə çağırıb.
Bu ərəb liderinin hərbi müdaxiləyə ilk çağırışdır. Həmməd Xəlifə əl-Tani bu bəyanatla Amerikanın CBS telekanalına müsahibəsində çıxış edib.
Qətər Liviya lideri Müəmmar Qəddafinin devrilməsində də müxalifətə fəal dəstək göstərib.
Suriyada isə qanlı qarşıdurma səngimək bilmir. BMT nümayişçilərlə təhlükəsizlik qüvvələrinin toqquşmalarında 5 minədək adamın öldürüldüyünü bildirib.
Hazırda Suriyada Ərəb Liqası müşahidəçilərinin missiyası fəaliyyət göstərir. Müşahidəçilərdən biri vəzifəsini tərk edərək ölkədəki vəziyyəti “humanitar fəlakət” kimi təsvir edib.
Ənvər Malik əl-Cəzirə telekanalına deyib ki, Suriyada hərbi cinayətlərin açıq əlamətlərini gördüyü üçün müşahidəçi qrupundan çıxıb. O, BMT missiyanın fəaliyyətə başlamasından bəri hər gün 40 adamın öldürüldüyünü bildirib.
Bu arada BMT-dəki ABŞ nümayəndəsi deyib ki, rəqəmlər Süriya hökumətinin etirazçılara təzyiqinin artmasından xəbər verir.


