İtaliyada gəmi “Titanik” kimi batdı (FOTOLAR)

İtaliya sahillərində səyahət gəmisinin batması nəticəsində azı 3 adam ölüb, 40 nəfər yaralanıb, 70 nəfər isə itkin düşmüş hesab olunur. Yaralılardan ikisi ağır vəziyyətdədir.

Costa Concordia gəmisi Cilio adasının yaxınlığında batıb. Hadisə yerinə dərhal xilasedici qruplar , vertolyotlar göndərilib və sərnişinlər Cilio adasına köçürülüb. Gəmidə ümumilikdə 4299 adam olub.

Hazırda gəmi böyrü üstədir. Dalğıclar gəminin içərisini, bir-bir otaqları yoxlayırlar. Ölü sayının artacağı istisna olunmur. Qəzanın səbəbləri araşdırılır.