Gürcüstanın nazir müavini Afrikada malyariyaya yoluxdu

Gürcüstanın İqtisadiyyat nazirinin müavini Karbelaşvili malyariya simptomları ilə Tbilisidə xəstəxanaya yerləşdirilib.

Xəstəlik nazir müavininin Keniyadan piratlarla görüşdən qayıtmasından sonra özünü göstərib. Karbelaşvilli Afrika sahillərində piratlar tərəfindən girov götürülən türk və gürcü matroslarını azad etmək üçün piratlarla danışıqlar aparmışdı.