2011-də Ginnesin rekordçuları(FOTOLAR)

1.Dünyada ən böyük it ABŞ-da Arizona ştatındakı Corc adlı mavi rəngli doqdur. Corcun 4 yaşı olmasına baxmayaraq çəkisi 100 kiloqram, quyruğundan burnuna qədər uzunluğu 221 sm.-dir. Sahibi onu ayda 50 kiloqram it yemi ilə yemləyir.

2. Anqola sakini Fransisko Dominqo ağzını 17 santimetr ayırır.

3. İngilis Perry Uotkins özünə balaca avtombil düzəldib. Avtomobilin ölçüləri: uzunluğu 104, hündürlüyü 130, eni 66 sm.dir. Avtomobil saatda 110 km sürətlə gedə bilir. O, ümumi istifadə üçün nəzərdə tutlan yollarda hərəkət icazəsi olan ən balaca avtomobildir.

4. Las Veqasdakı Mans1a1ay Bay kazinosunda kofe piyalələri dünyada ən böyükdür. Bu piyalələrin tutumu 7,6 litrdir.

5. Lili Milvard və Ena Pyu əkiz bacıları 1910-cu ildə yanvarın 10-da anadan olublar. Onlar indi dünyanın ən qocaman əkizləridir.

 

6. Dünyada ən uzun pişik ABŞ-dadır. Onun burnunun ucundan quyruğunun sonuna qədər 123,2 santimetrdir. Pişiyin 5 yaşı var.

7. Bu isə bu vaxta qədər olanlar arasında dünyanın ən qəribə kolleksiyası sayılır. Avstraliyalı kitabxanaçı Qrem Barker 26 il ərzində göbəyinin içindən yığdığı möhtəviyyatı toplayıb. 26 il ərzində 22,1 qram.

8. ABŞ Viskonsin ştatından olan fermer Kris Stiven 821 kiloqram ağırlığı olan balqabaq yetişdirib. Balqabağın diametri 4,73 m.dir.

9. 27 yaşlı Laura Hadlend tortu çox sevirmi. O, 9852 buterbrod parçasını yan-yana düzərək qaynanasının portretini yaradıb. Laura bu portreti yaratmaq üçün 40 rəfiqəsi ilə birlikdə 6 saat çalışıb.

10. Meksikada ənənəvi illik festival zamanı aşbazlar dünyada ən böyük yeməyi bişiriblər. Bu, meksikalıların milli yeməyi olan ençiladadır. Bunun üçün aşbazlar 72 kilo qarğıdalı unu, 122 kilo çili, 273 kilo soğan, 464 kilo balqabaq, 150 kilo pendir, 150 litr qaymaq və 80 kilo avokado işlədiblər. Nəticədə uzunluğu 70 metr olan 1,5 ton ağırlığında piroq alınıb. (Uzunluğa görə Eldar Əzizov uduzur, çəkiyə görə isə udur).

11. Janet Esteves dünyada ən böyük Mikki Maus kolleksiyasını toplayıb. Hal-hazırda onun kolleksiyasında 2760 eksponat var.

12. Con Kassidi adi şarlardan istifadə etməklə ən böyük təyyarə modelini hazırlayıb.

13. Türk Mehmet Özürek dünyada ən uzun buruna sahibdir. Onun böyüməyə davam edən burnu indi 8,8 sm.dir.

14. 18 yaşında olan Nepal sakini Kaqendra Maqarın boyu 65,53 sm., çəkisi isə 5,5 kiloqramdır. O, hələlik, dünyada ən balaca adamdır. Amma tezliklə yerini başqasına verəcək. Çünki indi 17 yaşı olan Filippinli Janri Balavinq doğuluşundan böyümür və indi onun boyu 55,88 sm-dir.

15. 9 yaşlı Riddi adlı köpək dünyada ən uzun dilli it hesab edilib. Onun dilinin uzunluğu 11, 43 sm.dir.

16. Kanadadan olan 10 yaşlı Aaron Keysi 5 saniyə ərzində öz sifətinə 17 mətbəx qaşığını yapışdırır.

17. Almaniyadan olan Saymon Elmor 400 kokteyl çubuğunu ağzına yerləşdirir və 10 saniyə arzində onları ağzında saxlaya bilir.

18. 44 yaşlı İngiltərə sakini Stiven Parke uşaqlıqdan bəri cırtdan heykəlciklərini yığmaq həvəskarıdır. 2011-ci ilin yanvar ayına qədər onun kolleksiyasında 1061 cırtdan heykəli toplanıb.

19. Dünyanın ən balaca inəyi İngiltərədədir. “Qaranquş” adlanan bu inək adi qoyun boydadır. Onun boyu 84 sm.dir. “Qaranquş” bu yaşına qədər 10 dəfə doğub, amma balaları standart ölçüdə olub.

20. “Gecə yolçusu” adlandırılan bu limuzin dünyada ən ağır limuzin kimi tanınıb. Çəkisi 22 ton 933 kq., uzunluğu 21,3 metr, hündürlüyü 4,1 metr olan bu limuzin Kaliforniyada yığılıb.

21. Tabbi adlı köpək İngiltərədə ekologiya mühafizəçisi kimi tanınır. Son 6 il ərzində Tabbi sahibi Sandra Gilmora 26 min ədəd plastik butılka gətirib. Tabbi onları ev sahibəsi ilə birlikdə təkrar emal üçün qəbul məntəqəsinə təhvil verməyi xoşlayır .

22. Çin sakini Ksi Kvi Linq dünyada ən uzun saçların sahibəsidir. 1973-cü ildən saçlarını uzadan Ksi indi 5,63 metrlik hörükləri ilə öyünür.

23. Dünyada ən ağır çəkmələrin 122,8 kq. Çəkisi var. Onların sahibi, Çinli Çjan Çjen Tsi bu çəkmələri Romada telekanalın canlı çəkilişində geyinərək onların sahibi olduğunu sübut edib.

24. Dünyada ən balaca it Bu-Bu adlı 4 yaşlı köpəkdir. Onun boyu 10,16 santim, çəkisi isə 680 qramdır. Bu-Bu 2007-ci ildən rekordsmendir.

25. Avstraliyada olan Anastasiya adlı bu it şar partlatmaq üzrə dünya rekordçusudur. Bu it 44,49 saniyədə 100 şarı partlada bilib.