Akif Çovdarovun həbs qoyulmuş villaları FOTO

covdarov-mehkeme2Ləğv olunan Milli Təhləküzlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun evlərinə və obyektlərinə həbs qoyulması haqda Moderator.az-a informasiya daxil olub.

Badamdar qəsəbəsi “Kempinski” Oteli yaxınlığında Çovdarova məxsus olan 3 villaya artıq onun yaxınları daxil ola bilmir. Bu barədə informasiyanı Moderator.az-a eks generalın qonşuları verib.

Moderator.az Akif Çovdarovun vəkili Sadiq Rəsulovla əlaqə saxlayaraq məsələni dəqiqləşdirmək istəyib. Çovdarovun vəkili deyilənlər barədə heç bir açıqlama verməyəcəyini deyib telefonu qapadıb.