Bakıda ana və 3 yaşlı oğlu dəm qazından boğularaq ölüb

dem qaziBakıda ailə faciəsi baş verib.

Hadisə martın 8-də saat 21.00 radələrində qeydə alınıb. Rayon sakinləri, 1993-cü il təvəllüdlü Leyla Səlimova və onun 3 yaşlı oğlu Sirac Səlimovun yaşadıqları evin vanna otağında meyitləri aşkar edilib.

İlkin ehtimala görə, ana və oğlu dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

 

(apa)