Edam olunmamaq üçün 2,7 milyard dollar ödəyəcək

Babek zencaniNeft gəlirlərinin mənimsənilməsi səbəbilə ölüm cəzasına məhkum olunan iranlı milyarder Babək Zəncani bu qərardan şikayət etmək niyyətindədir. Bu haqda Zəncaninin vəkili Rəul Kupayzadə bildirib. İranın ədliyyə naziri Mustafa Pur-Mohammadi deyib ki, Zəncani mənimsədiyi 2,7 milyard dolları geri qaytarsa, hökümət ölüm cəzasını ləğv etməyə hazırdır. Öz günahını inkar edən Zəncani İranın dövlət korporasiyası olan National Iranian Oil Co.-dan İran neftinin ixracına olan qadağaya zidd getməkdə ittiham olunub.

Zəncani və iki başqa təqsirləndirilən şəxs birinci məhkəmə instansiyası tərəfindən günahkar biliniblər. Digər tələblərə görə, onlar oğurlanan vəsaiti ümumi məbləğin ¼-dən az olmamaq şərtilə qaytarmalıdılar. İranın ən varlı insanlarından olan Zəncani bu ittihamdan əlavə, korrupsiyada da ittiham olunur ki, bu da İran qanunlarına görə ölüm cəzası ilə nəticələnir.

 

(fins.az)