Martın 9-da Bakıda daha bir intihar hadisəsi baş verib. Səhər saat 6 radələrində Prezident Administrasiyasının yaxınlığında, Filarmoniya bağında 40-45 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb. Ətrafdakılar dərhal müdaxilə edib və kişini alovdan qurtararaq, xəstəxanaya aparıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Xəsarətləri ağır olduğundan o, xəstəxanada vəfat edib.
Rəsmi məlimata görə, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
İntihar edən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Araşdırmalar davam etdirilir.
İntiharın səbəbi barədə də hələlik məlumat yoxdur.