Salyanda 25 yaşlı gəlin intihar etdi

intiharSalyanda intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Salyanın Qaracala kənd sakini, 1990-cı il təvəllüdlü Babayeva Nardənə Malik qızı özünü yaşadığı evin həyətindəki damda asaraq öldürüb.

Hadisənin bu gün axşam saatlarında ailə münaqişəsi zəmnində baş verdiyi bildirilir.

Qeyd edək ki, 25 yaşlı qadının 3 yaşlı oğlu var.