Xədicə İsmayılı təbrik etmək istəyənlər həbsxana qapısı arxasında qaldı

xediceni tebrikBu gün vətəndaş cəmiyyəti fəalları və jurnalistlərdən ibarət Sivil Toplum Platforması araşdırmaçı jurnalist Xədicə İsmayılın cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsinin qarşısına toplaşıb.

Lakin  müəssisəsinin administrasiyası görüşə icazə verməyib və 8 mart münasibətilə ona gətirilən hədiyyəni qəbul etməyib.

Administrasiya «bu gün qəbul gününün olmadığına» əsaslanıb. Lakin «Sivil toplum» ictimai qrupunun üzvləri etiraz ediblər.

Administrasiya ilə danışıqlar bir saat yarıma qədər davam etsə də nəticəsiz qalıb.