Bakıda “Range Rover” dəhşətli qəza törətdi: ölənlər var

qezaFaktla bağlı cinayət işi açılıb

Bakıda dəhşətli yol qəzası baş verib. Binəqədi rayonu ərazisində Binəqədi-Mehdiabad yolunda 90 SC 886 nömrə nişanlı “Range Rover” ilə 90 MU 825 dövlət qeydiyyat nişanlı “VAZ 21 015” toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən 2 nəfər hadisə yerində keçinib. Daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

(lent.az)