Tovuzda intihar hadisəsi baş verib.
Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Rəsul Nəriman oğlu Həsənov özünü asaraq intihar edib.
İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.