Rusiyanın qərb regionunda baş verən vertolyot qəzasında 2 nəfər ölüb, iki nəfərsə yaralı halda hospitala götürülüb.
Regional qubernator Svetlana Orlovanın məlumatına görə, qəza martın 4-də baş verib.
İvanovo şəhərindən Moskvaya uçan vertolyot Varvarino kəndinin ətrafında qəzaya düşüb.
İlkin versiyaya görə qəzaya səbəb pis hava şəraiti olub. İstintaq gedir.
(azadliq.org)