Rus kəşfiyyatı Suriyayla bağlı gizli məlumatlarını açıqladı
Rusiyanın bəzi NATO və Körfəz ölkələrinin Suriyaya hərbi müdaxilə etməyə hazırlandığına dair kəşfiyyat məlumatları əldə etdiyinə dair xəbərlər yayılıb. İddialara görə, Suriyaya müdaxilədə mühüm rol oynamağı və prosesə liderlik etməyi Türkiyə öz üzərinə götürüb.
Uzun müddət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) rəhbərlik edən və hazırda Milli Təhlükəsizlik Şurasının sədri postunu tutan Nikolay Patruşev “Interfax” agentliyinə verdiyi açıqlamasında bunları deyib:“Bəzi NATO-ya üzv dövlətlər və Körfəz ölkələrinin Suriyaya bilavasitə müdaxilədən birbaşa hərbi müdaxiləyə keçmək üçün Liviya ssenarisi üzərində çalışdıqlarına dair kəşfiyyat məlumatları alırıq”.
Patruşevin sözlərinə görə, Suriyaya hava zərbələri endirəcək qırıcıları Liviyada olduğu kimi Fransa, İngiltərə və İtaliya deyil, böyük ehtimallar elə Suriyayla qonşu olan Türkiyə tərəfindən təmin ediləcək. Keçmiş FTX rəhbəri bildirib ki, Vaşinqton və Ankaranın Suriyada uçuşa qadağan bölgənin yaradılması üçün birgə əməkdaşlığı intensivləşdirdiyini istisna etmir.
Patruşev həmçinin Qərbin Suriyaya müxalifətə təzyiq etdiyi üçün deyil, İranla ittifaqının sonlandırmaq məqsədiylə təzyiqlər etdiyini söyləyib. Əlavə edək ki, Sovetlər Birliyi dövründən bəri Dəməşqlə ənənəvi dostluq əlaqələrinə malik olan Moskva Liviyadakı ssenarinin Suriyada da təkrarlanmasını istəmədiyini tez-tez dilə gətirir.
Nikolay Patruşevin dediklərinə Türkiyənin Xarici işlər Nazirliyinin sözüçüsü Səlcuq Ünal münasibət bildirməkdən imtina edib. O, ehtimallara əsaslanmış məlumatların şəhrə ehtiyac olmadığını söyləyib. Sözçü əlavə edib ki, Türkiyənin Suriya ilə bağlı mövqeyi dəyişilməzdir. Ankara Əsəd rejiminin dinc etizçılara qarşı zorakılıqlarını qəbul etmir və Suriya diktatorunu deyil, xalqın yanındadır.
Bu arada Suriyaya getmək üçün Rusiyanın Sankt Peterburq limanından hərəkətə keçən, yanacaq ehtiyatını dömək məqsədiylə yön aldığı Kiprin yunan hissəsində hərbi sursat dağıdığı şübhəsiylə saxlanılan və sonradan sərbəst buraxılan gəminin Suriyaya çatdığı bildirilir. “Associated Press”in xəbərinə görə, Türkiyə XİN-in sözçüsü Səlcuq Ünal St. Vincent və Grenada adaları bayrağı daşıyan gəminin Suriyanın Tartus limanına yanaşdığını söyləyib.
Avropa Birliyinin Suriyaya tətbiq etdiyi silah embarqosu çərçivəsində gəmiyə müdaxilə edən yunanlı rəsmilər “Chariot” adlı gəminin istiqamətini dəyişdirdiyi üçün sərbəst buraxıldığını söyləmişdi. Ancaq gəminin hara getdiyi haqqında da bir açıqlama verilməmişdi. Gəmi heyətinin “Chariot”un Türkiyəyə gedəcəyini bildriməsindən sonra sərbəst buraxıldığı da dolaşan iddialar arasında idi.
İnformasiya şöbəsi


