Qədim Türk piramidalarının elmdən gizlədilməsi nəyə xidmət edir?
Çin Xalq Cümhuriyyətində, Xian şəhərindən 100 km. Aralıda Oin Linq Şan dağlarında böyük bir piramida şəhəri elmdən gizli saxlanılır. Burada 100-ə qədər xırda, mərkəzdə isə 300 metr yüksəkliyi olan bir nəhəng piramida vardır.
Bu piramidaların Göytürklərdən əvvəl, tarixdə Öntürklər adlandırılan xalqa məxsus olduğu isbat edilib.
Bu piramidaların mövcudluğu ilk dəfə İkinci Dünya savaşı zamanı bəlli olub. O zaman Çinə texniki və tibbi yardım aparan bir C-54 təyyarəsinin pilotu bu şəkilləri çəkib. Amma şəkillər ilk dəfə 1957-ci ildə “Life” jurnalında dərc edilib.
1994-cü ildə bu piramidalarda araşdırma aparmaq üçün Çinin Şansi bölgəsində olan Almaniyalı tarixçi Hartvik Hausdof öz fotokolleksiyasında olan bir neçə şəklin ictimaiyyətə açıqlamasına icazə vermişdir. Hausdorfun ehtimallarına görə bu piramidalar, ən azı, miladdan əvvəlki 2500-cü illərdə tikilmişdir.
Piramidaların içərisində Misir mumiyalarından çox-çox əvvəllər mumiyalanmış cəsədlər və qədim türk dilində yazılar vardır. Amma Çin hökuməti bu bölgəni yasaq elan etdiyindən alimlər oraya daxil ola və tədqiqat apara bilmirlər.
Çində “Ağ piramidalar” və ya “Türk piramidaları” adlanan bu tarixi adidəyə daxil olub oradan hər hansı foto-video görüntü çlxarmaq qadağan edilib. Təqdim edilən şəkillər türk araşdırmaçı Oktan Keleşin icazəsiz çəkdiyi görüntülərdir. Bu şəkilləri çəkən müəllif, “Piramidalar araşdırılarsa, tarixi yenidən yazmaq lazım gələcək” deyə bildirir.
Oktan Keleş bildirir ki, o, bu piramidalara yaşlı bir Çin bələdçinin müşayiəti ilə daxil ola bilib. Oradakı abidələrin birmənalı şəkildə türklərə aid olduğundan heyrətlənib. Çinli bələdçi isə belə izahat verib: “Qədim zamanlarda uyğurlar Çin ordusunda muzdlular olaraq xidmət ediblər. Bu abidələr də onlardan qalma ola bilər”, deyə qeyd edib.
Piramidaların içində
“Piramidaların içərisinə daxil olmaq üçün kənarda olan bir mağaraya daxil olduq. 40-50 metr getdikdən sonra üç yol ayrıcına çatdıq. Burada üzü aşağı yolla 7-8 metr aşağı düşdük. Geniş bir meydanşaya çıxdıq və Çinli bələdçi “artıq piramidanın içindəyik”, dedi.
Buradan isə bir məzarın olduğu otağa keçdik. Məzar otağında daş döşəmə üzərində boyu 2 metrə qədər olan bir mumiya uzadılmışdı. Mumiyanın baş tərəfindəki sal daşda ay, ulduz, qurd başı həkk olunmuşdu. Qəflətən otaöa işıq salındı və mən şoka düşdüm: qarşımda hündürlüyü 3 metrə qədər olan qranit bir baş heykəli peyda oldu. Heykəlin üstündə qoşa buynuza oxşar bir əşya və başın düz ortasında da ay-ulduz simvolu vardı. Bha bir heykəl var: qucağında uşaq tutmuş bir qadın heykəli. Bu abidənin qarşısında isə başqa bir mumiya var.
Qoca çinli dizlərini yerə atıb nəsə pıçıldamağa başladı. Görünür, dua edirdi.
Gördüyümüz birinci mumiya bir kişiyə məxsusdu. Qoca Çinli bildirir ki, 30 il bundan əvvələ qədər onun üz cizgiləri daha aydın sezilirmiş. İçəridə 7-8 dəqiqə qaldıqdan sonra Çinli təlaşlandı və bizə təcili buradan çıxmalı olduğmuzu işarə etdi. Biz bir az daha qalmaq, aşağıya enən nərdivanla daha aşağı qata keçmək istədik. Amma izim israrlarımız ona təkid etmədi və təcili olaraq buradan çıxmalı olduğumuzu bildirdi.
Hər halda, fənərlə ətrafı seyr edərkən, divarda yazılar və simvollarla zəngin oln lövhələrin asıldığını gördük”.
“O sizin atanızın surətidir”
“Oradan çıxdıqdan sonra Çinlini sorğu-suala tutduq. İçəridə gördüklərimiz, mumiyalar, oradakı yazılar və qəribə simvollar haqqında. Qoca Çinli “o, sizin atanız Oğuz Xaqanın suerətinin timsalıdır”, dedi.
Əslində buralar qadağan zonası deyil. Buraya giriş-çıxış elə də mürəkkəb məsələ deyil. Sadəcə olaraq, içəridzə verilmirə araşdırma aparmaq, foto-video görüntülər götürmək yasaqdır. Buna icazə verilmir. Doğrudur, alman alimləri burada bəzi araşdırmalar aparıblar, amma onların əlində görüntülü sənədlər olmadığına görə dəqiq mülahizələr irəli sürə bilmirlər”.