Gömrük Komitəsi özünü necə dolaşdırdı? CƏDVƏLLƏR və ÇƏTİN SUALLAR

gomruk-komitesi1Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən meyvə-çərəzin gömrükdə rəsmiləşdirilən qiymətləri ilə satış qiymətləri arasındakı fərqə dair AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Vahid Məhərrəminin üzə çıxardığı fakta münasibət bildirib.

Komitə yaydığı məlumatda bildirir ki, mütəmadi olaraq daxili bazarın monitorinqini aparır, xüsusən bayram və mövsumi dəyişikliklər ərəfəsində daxili bazarın vəziyyətinin öyrənilməsini və idxal ilə daxili bazar münasibətlərini prioritet məsələ kimi nəzarətdə saxlayır.

“Novruz bayramı ilə əlaqədar DGK tərəfindən bu yaxınlarda araşdırma aparılmış və quru meyvələrin sahibkarlar tərəfindən bəyan edilən gömrük dəyəri və faktiki bazar qiymətləri arasında müqayisəli təhlil aparılmışdır. Sonuncu aparılan araşdırmaları üzrə qiymətlər aşağıdakı cədvəldə verilmişdir:


Qeyd olunan malların idxalı ilə bağlı mövcud statistik məlumatların təhlili göstərir ki, kütləvi informasiya vasitələrində təqdim olunan “idxal qiymətləri” Dövlət Gömrük Komitəsinin məlumat bazasında olan sahibkarlar tərəfindən faktiki bəyan olunmuş gömrük dəyəri göstəricilərindən tamamilə fərqlənir. Məlumat üçün bildiririk ki, bir il ərzində 50-dən artıq yerli şirkətlər quru meyvə idxal etmişdir. Bu da daxili bazarda inhisarçılığın olmamasını bir daha göstərir”, – deyə DGK qeyd edib.

vahid-meherremov1

Onun üzə çıxardığı faktlara DGK-nın verdiyi cavab barədə Vahid Məhərrəmli azadliq.info-ya danışıb. İqtisadçı bildirib ki, onun ictimailəşdirdiyi fakt Dövlət Statistika Komitəsinin məlumatlarından götürülüb və 2014-cü ilə aiddir. Gömrük Komitəsi isə heç vaxt belə operativ açıqlama verməyib. Hətta indi, DGK 2016-cı ilin ilk 2 ayı üzrə məlumatları açıqladığı vaxtda da, 2015 -ci il üzrə bu adda məhsulların idxal qiymətləri barədə məlumatlar əldə etmək mümkün deyil.

Screen Shot 2016-03-03 at 8.20.55 PM
Qeyd: Cədvəldə ton qrafasından sonrakı qrafada malın miqdarı, daha sonra min ABŞ dolları ilə məbləği göstərilib. Məsələn, Hind qozu (quru) – 66.1 ton, 26.6 min dollar.

“O ki, qaldı təqdim olunan qiymətlər siyahısına, burada da xeyli yeniliklərin olduğu nəzərə çarpır. Belə ki, əvvəllər idxal dəyəri qəpik-quruşa qiymətləndirilən malların indi idxal dəyəri dəfələrlə yüksək göstərilir. İl ərzində dünya bazarında bu məhsulların qiyməti artmadığı halda idxal qiymətində kəskin fərqlərin yaranması sual doğurur. Bu adda məhsulların idxal dəyəri əvvəl real olub yoxsa indi? Hər halda son 5 il ərzində ölkəyə gətirilən quru meyvələrin idxal dəyəri ilə son 2 ayda idxal olunan mallar arasında qiymət fərqi dəfələrlədir. Bütün bünlara yaxşı olar ki, Statistika və Gömrük komitələri aydınlq gətirsin”, – deyə V.Məhərrəmli bildirib.

Bu qiymətlərlə növbəti dəfə bizləri aldatmağa cəhd etmirlərmi?

akarimli-yeni5

AXCP sədri Əli Kərimli də DGK-nın yaydığı cədvəl əsasında komitəyə və ümumilikdə hökumətə, eləcə də ictimaiyyətə bir neçə sual ünvanlayıb. AXCP sədri feysbuk səhifəsində yazıb:

İctimai qəzəbdən qorxublar. Ölkəyə gətirilən meyvə və quru meyvələrin gömrükdə bazar qiymətindən 20-30 dəfə ucuz qiymətlərlə rəsmiləşdirilməsi haqda məlumatlar xalqın ciddi narazılığına səbəb olmuşdu. Bu məlumatlar təkcə mənim səhifəmdən 5700 dəfə paylaşılmışdı. Budur, narahat olub, təcili bu ilin yanvar və fevral ayları üzrə məlumatları açıqlayıblar. Hərçənd, heç indiyə qədər 2015-ci il üzrə məlumatları açıqlamayıblar. Bizim istinad etdiyimiz isə ən son olan 2014-cü il üzrə məlumatlar idi. Deməli, narahat olublar. Amma bu cədvəl də xeyli sual doğurur.

1. Cədvəldən aydın görünür ki, baxmayaraq, dünya bazarında qiymətlərdə əhəmiyyətli dəyişiklik olmayıb, əksər məhsullar üzrə idxal qiymətləri 1 il ərzində 10-15 dəfə artıb. Bu o deməkdir ki, aparılan kampaniya az da olsa, nəticə verib. Toplanan rüsumlar “qara kassa” ilə dövlət büdcəsi arasında bölüşdürülən zaman büdcənin payı bir qədər artırılıb (şübhəsiz ki, burada büdcədəki hazırkı çətinliklərin də rolu var). Hörmətli Vahid Məhərrəmliyə təşəkkür edirəm. Onun bir neçə il ərzində apardığı araşdırmalar ictimaiyyətin dəstəyilə öz işini gördü. Amma maraqlıdır, dövlət rəsmiləri idxal qiymətlərinin bəzi mallar üzrə 1 il ərzində 10-15 dəfə artmasını necə izah edəcəklər? Bu onun etirafıdırmı ki, əvvəlki qiymətlər süni şəkildə lap çox azaldılmışdı? Bəs bu süni şəkildə azaldılmış idxal qiymətlərinə görə büdcədən yayındırılmış milyardların taleyi necə olsun? O pulları qaytarmaq istəmirlər?

2. Meyvə və quru meyvələrin bu cədvəldə təqdim olunan qiymətləri realdırmı? Bu suala siz cavab verin, hörmətli oxucular. Mən elə bilirəm ki, qiymətlər reallıqda bu cədvəldə göstərildiyindən xeyli bahadır. Bu cədvəldə göstərilən maksimum qiymətlər əslində ən ucuz qiymətlərdir. Həmin malların daha keyfiyyətliləri isə xeyli baha satılır. Bu qiymətlərlə növbəti dəfə bizləri aldatmağa cəhd etmirlərmi?

3. Gömrük Komitəsi idxal qiymətlərini hətta xeyli qaldırdıqdan sonra da təqdim olunan qiymətlər real bazar qiymətlərindən çox aşağıdır. Əlbəttə, o iddiada deyilik ki, həmin mallar idxal qiymətlərinə yaxın qiymətlərlə bazarda satılsın. Bunun real olmadığını bilirik. Gömrük rüsumu, ƏDV və ticarətçilərin əldə etməli olduğu mənfəəti nəzərə alaraq, bazar qiymətlərinin idxal qiymətlərindən 2-3 dəfə baha olmasını anlayışla qarşılayardıq. Lakin bir çox məhsullar üzrə bazar qiymətləri yenə də idxal qiymətlərindən 5-8 dəfə bahadır. Bu qədər böyük fərq gömrükdə “qara kassa”nın və inhisarın hələ də qaldığının sübutu deyilmi?

P. S. Bəzi dostlar da hər dəfə yazırlar ki, yazmağın, paylaşmağın nə xeyri var? Gördünüz, necə narahat oldular? Büdcə də 100 milyonlarla manat əlavə pul qazandı, həm də “qara kassanın” hesabına. Xalq öz gücünə inananda böyük qüvvə olur.