Rusiyalı jurnalistlərin ölümündə təqsirləndirilən ukraynalı hərbi pilot Nadejda Savçenkoya 23 il həbs cəzası istənilib.
Bununla belə dövlət ittihamçısı Savçenkonun işindən 6 Ukrayna vətəndaşının həyatına sui-qəsdlə bağlı ittihamın çıxarılmasını xahiş edib.
“Təəssüf ki, Rusiya qanunvericiliyi cinayətə təşəbbüsə görə təqsirləndirilən şəxsin istintaqa cəlb edilməsinə icazə vermir”, – deyə o vurğulayıb.
Dövlət ittihamçısı həmçinin qeyd edib ki, N. Savçenko immunitetə malik deyil. Çünki o, sözügedən “cinayətləri” AŞPA deputatı olmazdan öncə törədib.
Qeyd edək ki, N. Savçenkonun məhkəməsi Rusiyada keçirilir.
(apa)