UEFA Istanbulun “Qalatasaray” futbol klubu 2 il ərzində Avropa kuboklarında iştirakdan uzaqlaşdırıb. Klubun UEFA ilə görüşlərdə iştirak edən baş katibi Fatih İşbecer bildirib ki, cəza müddəti bitəndən sonra vəziyyəti düzgün dəyərləndirmək lazımdır.
Bir müddət əvvəl “Qalatasaray”ın bir mövsümlük cəza aldığı deyilirdi. Lakin sonradan cəzanın 2 mövsümü əhatə edəcəyi məlum oldu.
UEFA-nın “Qalatasaray”ı cəzalandırmasının səbəbi maliyyə feyr-pley qaydalarını pozması ilə bağlıdır.



