Suriya ordusunun 500 əsgəri Livana qaçıb. Daha 200 əsgər isə sərhədi keçmək üçün fürsət gözləyir.
Bu barədə məlumatı “Washington Post” qəzeti yayıb. Qəzetin yazdığına görə, Bəşər Əsədə qarşı olan hərbi birləşmənin – Suriya Azadlıq Ordusunun komandanı Riad Əsəd Livana keçmiş 500 əsgərlə görüşmək üçün artıq bu ölkəyə yollanıb.
Məlumatda deyilir ki, əsgərlərin əksəriyyəti sünni məzhəbindəndir və Suriya ordusunun Əl-Talah şəhərindəki bazasından qaçıblar. Şəhər Livanla sərhəddin 5 kilometrliyindədir.
Əsədin 500 əsgəri Livana qaçdı
•