Son 10 ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirliliyi 3,4 dəfə aşağı düşüb.
“Marja” Neft Fondunun hesabatına istinadən xəbər verir ki, 2006-2007-ci illərdə müvafiq olaraq 4,24% və 4,49% gəlirlilik ilə işləyən Fondun, 2015-ci ildə aktivlər üzrə gəlirliyi 1,24% təşkil edib.
Fondda ən aşağı gəlirlilik 2010-2011-ci illərdə olub (0,99% və 0,83%).
Qeyd edək ki, Dövlət Neft Fondu aşağı gəlirliliyi vəsaitləri ən az riski olan aktivlərə investisiya edilməsilə izah edir.
Dövlət Neft Fondunun aktivləri 2006-cı ildə 1 milyard 454 milyon dollar idi.
2016-cı il yanvarın 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 milyard 104,1 milyon ABŞ dolları) nisbətən 9,5% azalaraq 33 milyard 574,1 milyon ABŞ dollarına bərabər olmuşdur.