Xarici şirkətin baş meneceri maskalıların hücumuna məruz qaldı

qaretBakıda xarici şirkətin baş meneceri maskalı şəxslərin hücumuna məruz qalıb.

Bu barədə Bakı şəhər sakini Rüfət Namazoviç Şirinov Daxili İşlər Nazirliyinin “102” – “Qaynar xətti”nə zəng edərək məlumat verib.

R.Şirinov bildirib ki, Ə.Quliyev küçəsi, ev 108 ünvanında 3 nəfər maskalı şəxs “Ener Mech” neft şirkətinin baş meneceri, Böyük Britaniya vətəndaşı Young Andy adlı şəxsi hədələyərək pulunu və şəxsi əşyalarını tələb edib.

Nəsimi Rayon Polis İdarəsi 22-ci bölməsinin əməkdaşları bir neçə dəfə Young Andry ilə əlaqə saxlayaraq onu bölməyə dəvət ediblər.

Lakin o, dəfələrlə polisə dəvət olunmasına baxmayaraq, müxtəlif bəhanələr gətirərək bölməyə gəlməkdən imtina edib. (Report)