Mədəndə növbəti partlayış oldu

meden partlayisRusiyanın Vorkuta şəhərindəki “Şimal” mədənində xilasetmə işləri başa çatdıqdan sonra daha bir partlayış baş verib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, fevralın 25-də “Şimal” mədəninin 748 metr dərinliyində partlayış baş verib. Uçqun zamanı şaxtada 110 nəfər olub. Onlardan 80 nəfəri dağıntılar altından çıxarılıb, 4 nəfər həlak olub, 26 şaxtaçı isə itkin düşüb.
Fevralın 27-dən 28-ə keçən gecə isə mədəndə növbəti partlayış baş verib, nəticədə 5 xilasedici və 1 mədən işçisi ölüb.