Rafiq Əliyev “İlin media adamı” oldu

Yanvarın 10-da Bakının “Avropa” hotelində 2011-ci il üçün “Media açarı” mükafatının təqdimat mərasimi keçirilib. Təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyi olan mükafat 3 nominasiya üzrə verilib:

“İlin şərhçisi”: Hüseynbala Səlimov, müstəqil jurnalist;

“İlin ən yaxşı araşdırmaçı jurnalisti”: Vüsalə Əlibəyli, “Azadlıq” radiosu;

“İlin media adamı”: Azərbaycan Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyev.