«Azadlıq» qəzetini vurmaq həm də Azərbaycan xalqının hakimiyyətdə yeganə təmsilçiliyini vurmaqdır”
“Azadlıq” qəzeti və “Azərbaycan saatı” proqramının şərhçisi, vicdan məhbusu Seymur Həzi “Azadlıq” qəzetinə dəstəyini ifadə edib. Seymur Həzinin həbsxanadan göndərdiyi dəstək bəyanatını təqdim edirik:
“Azadlıq” qəzeti Azərbaycan Xalq Hərəkatının yaratdığı yeganə fenomenlərdəndir ki, Əliyev rejimi ona tam qalib gələ bilməyib. Buna görə də “Azadlıq” qəzetini vurmaq həm də Azərbaycan xalqının hakimiyyətdə yeganə təmsilçiliyini vurmaqdır. Onun haqq səsini boğmaqdır. Azərbaycan xalqı Azadlıq qəzeti qədər bu ölkəninin idarə olunmasında iştirak edir. Azadlıq qəzetini qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur. Məhbəsdə də “Azadlıq” qəzetin oxuyuram və hər bir məhbus üçün “Azadlıq” qəzeti hava, su kimi vacibdir”.