ulduz fali

Günün ulduz falı (10.01.12)

QOÇ

Bu gün yaxşı formada olmayacaqsınız. Işgüzarlıq ritminə düşməkdə çətinlik çəkəcəksiniz. Günün maliyyə mənzərəsi də ürəkaçan deyil. Itki, cərimə və yaxud da buna bənzər problemlərin olması təhlükəsi istisna olunmur.

BUĞA

Uğurlu gündür. Rəqibləriniz sizə mane olmağa çalışacaqlar. Bunun üçün narahat olmağa dəyməz, çünki bir azdan anlayacaqlar ki, sizinlə rəqabət aparmağa gücləri kifayət etmir.

ƏKIZLƏR

Elə də maraqlı gün deyil. Nə ilə məşğul olmağınızdan asılı olmayaraq, heç bir iş sizi cəlb etməyəcək. Bu üzdən də əhvalınız korlanacaq. Bu günə iş görüşlərini təyin edən nümayəndələr üçün xüsusilə çətin olacaq.

XƏRÇƏNG

Sizin bəxtiniz gətirməyəcək. Bununla barışmaq asan deyil, amma başqa çarəniz də yoxdur. Özünüzü qoruyun. Əsəb gərginliyindən sonra axşama doğru səhhətiniz korlana bilər. Yuxusuzluqdan əziyyyət çəkəcəyiniz ehtimal olunur.

ŞIR

Görüş üçün pis gün deyil. Bu gün əhatənizdə olanlarda özünüzlə bağlı xoş təəssüratlar yaradacaqsınız. Rəhbərliklə və ya mötəbər şəxslərlə aranızda anlşılmazlıq ola bilər. Şəxsi müstəvidə işlər bundan da bərbad olacaq. Yaxınlarla mübahisə istisna deyil.

QIZ

Işgüzarlıq səviyyəniz aşağıdır. Rəhbərliklə mənasız yerə mübahisə edirsiniz, bununla da həm özünüzün, həm də ətrafdakıların əhval-ruhiyyəsini korlayırsınız. Çalışın, mübahisələrdən qaçasınız.

TƏRƏZI

Sizin üçün çətin gündür. Ehtimal ki, ciddi xəyal qırıqlığına uğrayacaqsınız. Buna səbəb sizin rəğbət bəslədiyiniz şəxsin ümidlərinizi doğrultmaması olacaq. Ailə üzvlərinizlə aranızdakı münasibətlər korlanacaq, siz artıq güzəştə getmək istəməyəcəksiniz.

ƏQRƏB

Sizin bəxtiniz gətirəcək. Gün işlərinizdə uğur vəd edir. Ehtimal ki, faydalı sövdələşməyə imza atacaqsınız. Bir sözlə, bu gün işlə bağlı aldığınız təklifi çox düşünmədən qəbul edə bilərsiniz.

OXATAN

Siz mübarizlik əzminizlə fəxr edə bilməyəcəksiniz, işlə bağlı bu günə planlaşdırdıqlarınızı reallaşdırmaq çətin olacaq. Heç kimə etibar edə bilmirsiniz. Qənaətcil olmasanız, maddi baxımdan korluq çəkəcəksiniz.

OĞLAQ

Uğur sizi çox gözlətməyəcək. Istənilən işinizə məsuliyyətlə yanaşırsınız deyə, səhv buraxmırsınız. Vicdani təmizliyinizin mükafatlandırılması da istisna deyil. Günün ikinci yarısında elə bir adamla görüşəcəksiniz ki, onun ideyalarından öz maraqlarınız çərçivəsində bəhrələnəcəksiniz.

DOLÇA

Gün, çətin ki, xoşunuza gəlsin. Heç kim dadınıza yetməyəcək. Investorlarla görüş arzuedilən deyil. Onlardan kifayət qədər xoşagəlməz fikirlər eşidəcəksiniz. Konflikt yaşayacağınız istisna edilmir. Barışmaq ehtimalı isə yaxın zamanlar üçün gözlənilmir.

BALIQLAR

Bu gündən etibarən xoş olmayan dövr başlayır. O, cümə axşamına qədər davam edəcək. Işdə baş verəcək uğursuzluğa hazır olun. Qənaətcil olmağı da unutmayın, çünki yaxın zamanlarda pula ehtiyacınız olacaq.