Türkiyəli redaktor “Azadlıq”a yazdı

Başbuğun həbs olunması və Türkiyədə gündəm

Onlarla, hətta yüzlərlə də təsadüfün olması nədən mümkün olmasın ki?

Aydın Taş
“Qurultay” internet-qəzetin baş redaktoru, Türkiyə

Bizlər Türkiyədə gündəmin sıxlığına alışqanıq. Elə bir cəmiyyət halına gəldik ki, bir ay əhəmiyyətli bir hadisə olmasa təlaşa kapılırıq və ya bəzi işlərin tərs getdiyini düşünürük.Rahatlıq, stresssiz həyat, nizam kimi anlayışlar bizim coğrafiyamıza uymaz, bizlərə şiddət filmlərini axtartmayacaq gündəmlər lazımdır.

İndi bu yazının sonunda söyləyəcəyimizi ən başdan açıqlayaq; General Başbuğun həbs olunması və bunun zamanlaması gündəmi dəyişdirməklə əlaqədardır. Bunu da sizlərə daha əvvəl yaşanan nümunələriylə izah etməyə çalışacağam. Bu yazıda hökuməti hədəf alır kimi düşünmənizə yol açarsam, eyni şəkildə müxalifətin bəsirətsizliyini də hədəf aldığımı bilmənizi istəyirəm.

AK Partiya bağlama iddiası

Başlanğıc olaraq da iyul 2008 tarixini seçdim, buna görə ilk gündəm mövzumuz AK Partinin bağlanma iddiası olacaq. Türkiyədə tək başına iqtidarda olan AK Parti haqqında, Prokurorluq, partiyanın dünyəvilik qanununa zidd hərəkətlərin mərkəzi halına gəldiyi iddiasıyla Konstitusiya Məhkəməsinə mart 2008-də iddia açdı. Dava nəticəsində AK Parti bağlanmadı və haqqında yalnız “xəzinədən aldığı yardımın yarısından məhrum edilməsi” istiqamətində bir qərar çıxdı. Bu qərar Türkiyə üçün çox əhəmiyyətli bir dönüş nöqtəsidir. Çünki AK Parti bu qərarla mühakimədə ən böyük qələbəsini alaraq daha da gücləndi, müxalifət də böyük bir xəyal qırıqlığı yaşadı. Dediyim kimi, bu qərar mühakimədə bir dönüş nöqtəsidir.

Dəniz Fənəri korrupsiyası

Qapatma iddiasından bir ay sonra, Almaniyada, əsrin soyğunu olaraq adlandırılan “Dəniz Fənəri” iddiası üzrə qərar avqust 2008-də açıqlandığında yer yerindən oynamışdı. Yardım adı ilə göndərilən pulları bəziləri ciblərinə endirmişdi. Məhkəmə qərarına baxdığınızda işin ucu AK Parti hökumətinə qədər uzanırdı. Hökumətə qarşı əlində doğru-dürüst arqument olmayan müxalifət partiyaları də bunu fürsət bilib, AK Parti üzərinə yüklənməyə başladılar. Türkiyədə gündəm “Dəniz Fənəri” davasıydı.

Ergenekon Soruşturması: 9-cu dalğa əməliyyatı

“Dəniz Fənəri” ilə əlaqədar müzakirələr hələ sərtləşməyə başlarkən, “Damokl qılıncı” kimi bir anda gələn bir mühakimə qərarı, bütün gücləri “Ergenekon” istintaqına tərəf çevirdi. İstanbul Cümhuriyyət Prokurorluğunun təlimatıyla İstanbul və Ankarada eyni vaxtda aparılan əməliyyatlarda 40-a qədər adam nəzarətə alındı. Nəzarətə alınan ən əhəmiyyətli ad, hökumet əleyhinə “Respublika mitinqlərini” təşkil edən, “Dəniz Fənəri” iddiasında da hökumətin ən çox üstünə gedən televiziyanın sahibi Tuncay Özkan idi. Gündəm artıq “Ergenekon” soruşdurmasıydı və “Dəniz Fənəri” artıq gündəmin birinci sırasından geriyə düşmüşdü.

İsrailin Qəzzaya hücum etməsi

İsrail, 2008-ci ilin sonunda Qəzzaya ağır bir hücum reallaşdırdı və 1400-dən çox fələstinli həyatını itirdi. Mövzumuz isə bu hücumdan çox, hücumundan cəmi beş gün əvvəl İsrailin baş naziri Ehud Olmertin Ankaraya gəlişi ilə əlaqədardı. CHP-nin sədri Dəniz Baykal, “Bu hücumda, Türkiyəyə əvvəldən məlumat verildimi” deyə soruşaraq baş nazir Ərdoğana yükləndi. Bu sual sanki iki ucu da pisliyə batırılmış dəyənək kimi idi. Çünki, əgər məlumat verilməmişdisə, bu, Türkiyəyə qarşı çox böyük bir saygısızlıkdı və Türkiyə, Yaxın Şərqdə İsrailin bütün dünyanı ayağa qaldıracaq belə bir hərbi əməliyyat mövzusunda ona məlumat verməməsini qəbul edə bilməzdi. Digər tərəfdən, əgər məlumat verildisə, Türkiyənin hərbi müdaxiləyə qədər səssiz qalıb, müdaxilədən sonra ən ağır ifadələrlə İsrail əleyhinə nitqlər atması səmimiyyətdən məhrum olmaq mənasını daşıyırdı.

Ergenekon istintaqı: 10-cu, 11-ci dalğa əməliyyatı və qazıntılar

Gündəm İsrail hücumuyla qızışmışdı ki, “Ergenekon” istintaqı daxilində 10 və 11-ci dalğa həbslər başladı. Onuncu dalgada 40-a yaxın adam nəzarətə alındı. On birinci dalğada da yenə 40 adam nəzarətə alındı, bunlardan 18-i həbs olundu.
İsrailin hücumu dəqiqələr içində “köhnəlmiş gündəmlər siyahısına” əlavə olundu. Ancaq kəsməmişdi, çünki bir əksiklik var idi. Qiyamdan söz edilən “Ergenekon” istintaqında davamlı olaraq bəziləri həbs olunarkən, ortada heç silah yox idi. 10 və 11-ci dalğa əməliyyatları ilə bu əksiklik də aradan qaldırıldı. Ankaranın bir çox yerində qızdırmalı qazıntı işləri başlamış, ortaya silahların basdırılmış olduğu yeni krokiler çıxarılmışdı. (Qeyd: Bu qazıntılarda bir çox tarixi əsər də tapıldı).

Ermənistan sərhəd qapısının açılması

Türkiyənin 2009-cu ilin mart və aprel aylarında iki əhəmiyyətli qonağı oldu. İlk qonaq, ABŞ-da yeni keçirilən seçkilərin ardından xarici işlər naziri olan Hillari Klinton idi. Klinton 9 il aradan sonra Ankaranı ziyarət etdi. Bu ziyarətdən sonra Türkiyənin Ermənistanla sərhəd qapısı – “Alican Quru yolu sərhəd qapısı”nın açılacağı iddiaları gündəmə gəldi. İkinci əhəmiyyətli qonaq isə yeni seçilmiş ABŞ prezidenti Barak Obamanın şəxsən özü idi. Obama, ilk xaric səfərini Türkiyəyə etmişdi və bu o demək idi ki, ABŞ tarixində ilk dəfə bir prezident ilk xarici səfərini Türkiyəyə etmiş oldu. Obamanın, TBMM-dəki cümlələrini xatırlayaq: “Açıq bir sərhəd Türkiyə və Ermənistan xalqlarının birlikdə sülh və rifah içində yaşamalarına yol açar və hər iki ölkənin də mənfəətinə olar. ABŞ, Türkiyə ilə Ermənistan arasında münasibətlərin tam olaraq normallaşmasını dəstəkləyir”. Türkiyə siyasəti yenə çalxalanıdı. Hökumətin ABŞ-dan əmr aldığı iddia edilirdi.

Ergenekon istintaqına davam: 12-ci dalğa əməliyyatı

Iddiaların ardı kəsilməmişdi ki, “Ergenekon” istintaqında 12-ci dalğa əməliyyatı aparıldı. Bu gün Silivri Həbsxanasında məhbus, CHP millət vəkili, Başkənd Universiteti qurucusu və rektoru prof. dr. Mehmet Haberal və prof. dr. Erol Manisalı ilə birlikdə 5 adam həbs olundu.
Təxmin etdiyiniz kimi, “Alican sərhəd qapısı” unuduldu.

Türkiyə-Suriya sərhədindəki minalı ərazilər

Təxminən 700 kilometrlik Türkiyə-Suriya sərhədindəki minalı ərazilərin, minadan təmizlənməsi üçün bir qanun çıxarmaq istəyirdilər. Ancaq qanun eləydi ki, bunu yapacaq firma, ödəniş əvəzinə təmizlənən minalanmış əraziləri 49 illiyinə istifadə etmə haqqına sahib olurdu. Tenderi qazanması şübhə doğurmayan firma isə dolayı olaraq bir İsrail firması idi. TBMM- də bu qanunun müzakirələri o qədər sərt keçmişdi ki, kürsünü işğal etmiş müxalifət partiyaları sanki “Vətən-Millət-Sakarya!” deyərək müqavimət göstərirdilər. Qanunda ciddi dəyişikliklər məcburiyyəti meydana çıxsa da, hükumətin minalanmış əraziləri israillilərə peşkəş etmək istədiyi suçlamalarının qarşısını kəsmədi.

Ergenekon istintaqında 13-cü dalğa və “İnternet andıç” iddiası

Minalı ərazilərlə əlaqədar müzakirə davam edərkən, “Ergenekon” iddiasında 13-cü dalğa əməliyyatı aparıldı. Təqaüdçü baş leytenant, vəkil Sərdar Öztürkün bürosunda Dəniz Qərargah polkovniki Dursun Çiçəyin imzası olan “İrticayla mübarizə planı” nın fotosurəti tapıldı. “Ergenekon” iddiası daxilində olan bu “İrtica ilə mübarizə hərəkət planı” iddiası, Fətullah Gülən camaatıyla AK Partini aradan götürürdü. Bu, daha sonra “İnternet andıç” adıyla da xatırlanmağa başlandı və “Ergenekon” iddiasından ayrıldı. (Bu yazını qələmə almamıza səbəb olan iddia da budur.) Beləliklə, inandırıcılığı düşməyə başlayan və çox- çox gündəmə gələrək cazibədarlığını itirən “Ergenekon” iddiasının bir alternativi oldu. Bəli, bəli, bu vaxt, gündəm bir daha dəyiş(diril)miş oldu.

Bunları xatırlatmasaq olmaz…

Türkiyə-Ermənistan arasında Bursada oynanan milli matçda yaşanan, mənə görə, milli bir rüsvayçılıq olan Azərbaycan bayraqlarının yığışdırlması hadisəsi; “Habur”da daxil olan bölücü terror təşkilatı mənsublarının zurna-barabanlarla qarşılanmaları, bəzi siyasətçilərin yumruqlanması; CHP sədri Dəniz Baykalın kasetinin çıxması; İyun 2011 seçkiləri əvvəlində Milliyyətçi Hərəkət Partiyası millət vəkili namizədlərinin kasetlərinin çıxması və bunlara bənzər bir çox hadisələr sanki külək kimi gəldi keçdi. Çünki artıq “Ergenekon” iddiası xaricində, “İnternet andıç” və “Balyoz darbe planı” iddiaları da tapılırdı. Oktyabr 2011-də Vanda reallaşan zəlzələnin ardından edilən laflar, fəlakət bölgəsinin yaxşı yönətilməməsi və dərhal ardından “Dersim” müzakirələrinin yaşanması da izah etmək istədiklərimizə son nümunədir.

Uludərə hadisəsi və Başbuğun həbs olunması

Azərbaycanlı dostlarım mənə soruşurlar: “Baş qərargah əski başçısı general İlker Başbuğ hansı səbəbə görə həbs olundu?”. Yazımızın ən başında bunu açıq yazmışdıq. İndi bir az daha detallı və şərhsiz olaraq, yaşananları izah edək.

Bilirsiniz ki, 28 dekabr 2011 gecəsi, Şırnak vilayəti Uludərə mahalında, İraq sərhədində terrorist konvoyu olduğu düşüncəsiylə, qatırlarla qaçaqçılıq etdiyi iddia edilən 35 vətəndaş, döyüş təyyarələrinin bombardmanı nəticəsində həyatını itirdi. Bu hadisə Türkiyənin gündəminə oturarkən, dünyada da geniş əks-səda tapdı. Türkiyədə bölücü terror təşkilatı tərəfdarı bəzi dairələr, ölkənin artıq bölündüyünü iddia etdi, bəziləri hökuməti vətəndaşları qəsdən öldürməkdə  günahlandırdı, bəzıləri də icra nümayəndəsini linç etmək istədilər…
“İnternet andıç” və ya “İrtica ilə mübarizə hərəkət planı” adıyla bilinən iddiada Türkiyə Cümhuriyyətinin 26-cı Baş Qərargah rəisi, təqaüdçü general İlker Başbuğun adı bəzi zabit və generallar tərəfindən çəkilmişdi, lakin hər hansı bir istintaq açılmamışdı. Ancaq Uludərə hadisəsindən yalnız bir gün sonra həbssiz mühakimə olunan bir kapitan tərəfindən verilən ifadədə, Başbuğun bu hərəkət planından xəbərdar olduğu bir daha deyildi. Biz də eyni gün, həbsdən əvvəl  “Qurultay” internet qəzetində Başbuğun tutuqlanacağı yönündə bir xəbər yaydıq və dediyimiz kimi də oldu. Başbuğ haqqında dərhal istintaq qərarı çıxarıldı, prokurorluğa ifadə verməyə çağırıldı və terror təşkilatı üzvü olmaq, bu təşkilatı idarə etmək ittihamı ilə həbs olundu.

Başbuğun və bu bəhs etdiyimiz davalardaki insanların günahkar olub-olmadığına əlbəttə, məhkəmə qərar verəcək, cinayətləri varsa bu kəslər cəzalandırılmalıdırlar. Bizim burada diqqət çəkmək istədiyimiz mövzu zamanlamadaki təsadüflərdir. Təbii, həyatda hər vaxt təsadüflər vardır və bu qədər hadisənin təsadüf olması da mümkündür deyə bilərsiniz.