Elman Rüstəmova inanaqmı?

elman_rustamov“Azərbaycan manatının növbəti devalvasiyası gözlənilmir və gördüyünüz kimi, manatın möhkəmlənməsi prosesi gedir”. Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O bildirib ki, Əmanətlərin Sığortalanması Fondu ilə danışıqlar gedir və Mərkəzi Bank bu quruma da pul ayıracaq: “Düşünmürəm ki, ayrılacaq pulun həcmi uçot dərəcəsindən çox olacaq”.

Qeyd edək ki, bundan əvvəlki iki devalvasiya ərəfəsində də Elman Rüstəmov oxşar açıqlamalarla çıxış edib.