“Rusiya Qərblə düşmənçilik yolunu seçdi”

nato2Rusiya Qərblə düşmənçilik yolunu seçdi. Bunu NATO qüvvələrinin Avropadakı baş komandanı Fillip Bridlaf deyib. “Buna görə də Rusiya, ABŞ-a və Avropadakı müttəfiqlərimizə qarşı təhdidlər irəli sürür. Bu məqsədlə də qonşu ölkələr üzərindəki nüfuzundan istifadə edir”, – deyə o qeyd edib. O, ABŞ-ın NATO-da olan təmsilçilərinin toplantısında Rusiya ilə müharibəyə hazır olduqlarını bildirib.