Ziya Məmmədovun oğlu böyük bir ərazini əhatə edəcək park saldırır
Xəbər verdiyimiz kimi ötən ilin son günü Yusif Səfərov küçəsində yaşayan 56 ailə, ondan artıq qaraj və obyekt sökülüb.
Söküntünü reallaşdıran tikinti şirkətinin adı gizlədilsə də, əldə etdiyimiz məlumatlara görə, bu işi həyata keçirən şəxs nəqliyyat Naziri Ziya Məmmədovun oğlu, “ZQAN” Holdinqin prezidenti Anar Məmmədovdur. Bu barədə “Azadlıq”a məlumat verən qaynaq deyir ki, nazirin oğlu sözügedən ünvanda milyonlar hesabına park saldıracaq.
Xatırladaq ki, dekabrın 29-da sözügedən ünvanda yaşayan sakinlərə bazar qiymətindən qat-qat aşağı kompensasiya ödəyərək onları evlərindən çıxarıblar. Etiraz edənlərsə döyülüb.
Ramin DEKO