“Henley and Partners” şirkəti “Viza məhdudiyyətləri 2016” adlı illik qlobal reytinq cədvəli tərtin edib.
Reytinqdə xarici ölkələrə vizasız səfər etməyə imkan verən ölkələrin adları yer alıb.
62 ölkəyə vizasız səfər etməyə imkan verən Azərbaycan pasportu reytinqdə 75-ci pillədə qərarlaşıb.
Vətəndaşlarına 57 ölkəyə vizasız səfər etmək imkanı verən Ermənistan 80-ci, 67 ölkəyə vizasız səfər edən Gürcüstan vətəndaşları 71-ci, 37 ölkə ilə vizasız rejimin qüvvədə olduğu İran 98-ci, 102-i ölkə ilə vizasız rejmi olan Türkiyə isə 51-ci pillədədir.
43-cü pillədə olan Rusiya pasportu ilə isə 104 ölkəyə getmək mümkündür.
İlk pillələri Almaniya (177 ölkə) və İsveçrə (176 ölkə) bölüşür. (Modern.az)