“Ufa” Beynəlxalq hava limanında Rusiyaya qanunsuz gətirilmiş üzüm pöhrələri məhv edilib.
Oxu.az bildirir ki, bu barədə respublika üzrə “Rosselxoznadzor” İdarəsinin mətbuat mərkəzi məlumat yayıb.
Müəyyən edilib ki, cari il fevralın 17-də Azərbaycandan gələn sərnişinin əl baqajı yoxlanılan zaman 12 üzüm pöhrəsi aşkar edilib.
Qadağan edilmiş məhsulların ölkəyə gətirilməsinə dair qaydaların pozulması səbəbindən sərnişin inzibati məsuliyyətə cəlb edilib.