Ankara Bolqarıstan konsulunu ölkədən çıxarmaq qərarına gəlib. Buna səbəb Bolqarıstanın Türkiyə attaşesini persona non qrata elan etməsidir. Bu barədə Hurriyet daily news məlumat yayıb.
Bolqarıstanın Xarici İşlər Nazirliyi Türkiyəyə etiraz notası göndərib və attaşe Uğur Emiroğlunun konsulluqda vəzifəsindən azad edilməsini tələb edib. Türkiyəli diplomat Bolqarıstanın daxili işlərinə qarşımaqda ittiham olunur. Buna cavab olaraq Türkiyə konsul Zornitsa Petrova Apostolovanı persona non qrata elan edib və ondan ölkə ərazisini tərk etməyi tələb edib. Nəticədə hər iki diplomat xidmət yerlərindən uzaqlaşmalı olub.
azadlıq.info