Bakının Nərimanov rayonunda ölümlə nəticələnən hadisə baş verib. Report.az xəbər verir ki, F.X.Xoyski küçəsində yerləşən türk liseyinin həyətindən Tərtər rayon sakini, 34 yaşlı Mobil Məmmədov naməlum səbəblərə görə kəllə-beyin travması ilə xəstəxanaya aparılıb. O, xəstəxanada dünyasını dəyişib.
Litseyin ictimaiyyətlə əlaqələr şöbəsindən isə Lent.az-a bildirilib ki, ölüm hadisəsi litseyin həyətində yox, qonşuluqdakı tikinti sahəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.