Belarus prokurorluğu saxta pasport istifadə edən rusiyalı məmur Ruslan Toturbiyevi həbs edib. Dağıstan Respublikasının Kumtorkala rayonunun keçmiş icra başçısı olan Ruslan Toturbiyev 4 dövlətin saxta pasportu ilə saxlanılıb. Onun üzərindən götürülən sənədlər arasında Azərbaycan pasportu da olub.
Bundan başqa, araşdırmalardan sonra icra başçısının üzərindən saxta Moldovavə Ukrayna pasportları da aşkar olunaraq götürülüb.
“Həbs olunan sabiq məmurun üzərindən 4 dövlətin saxta sənədi tapılıb”
44 yaşlı Ruslan Toturbiyevin vəkili də onun üzərində 4 saxta sənədin olduğunu təsdiqləyib. Qomel vilayətinin prokurorluğunun verdiyi məlumata görə, sabiq məmur əvvəlcə Ukraynada gizlənmək, daha sonra isə Bolqarıstana qaçmaq istəyib. O, Ukrayna ilə Belarus sərhədində Moldova sənədini təqdim edərkən saxlanılıb. Təkcə üzərində saxta sənəd gəzdirdiyinə görə onu 3 ilə qədər həbs gözləyir. Prokurorluq eyni zamanda Ruslan Toturbiyevi Rusiyaya göndərəcəyini bildirib.