Jurnalistin ölümünə görə tutulanlara 63 il həbs istənildi

rasim el

Rasim Əliyevin döyülüb öldürülməsilə bağlı məhkəmə istintaqı tamamlandı

Zərəəkmiş tərəf həkimlərin məsuliyyətə cəlb olunmamasından narazı qalıb

Jurnalist Rasim Əliyevin ötən il avqustun 8-də döyülüb, ertəsi gün səhərə yaxın xəstəxanada dünyasını dəyişməsilə bağlı cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar elan olunub. Həənd, vəkillərin bir qismi və təqsirləndirilən şəxslər məhkəmə istintaqının yekunlaşmasına etiraz ediblər.

Mərhum jurnalist 8-ci bölmənin rəisinə nə yazıb?

Dünənki məhkəmə iclasında əvvəlcə Səbail Rayon Polis Idarəsinə göndərilən sorğuya idarənin rəisi Əli Ibrahimovun verdiyi cavab elan olunub. Ötən məhkəmə iclasında zərəəkmiş tərəfin nümayəndəsi Fariz Namazlı vəsatət qaldıraraq bildirmişdi ki, Rasim Əliyev döyüləndən sonra xəstəxanada olarkən Səbail rayonu, 8-ci polis bölməsinin təhqiqatçısı ondan izahat alıb, amma həmin izahat cinayət işinin içində yoxdur.

Polis rəisi məhkəmənin sorğusuna cavabında yazıb ki, baş təhqiqatçı Pərviz Cəfərov xəstəxanaya getsə də, Rasim Əliyevin vəziyyəti ağırlaşdığından ondan izahat almaq mümkün olmayıb.

Məhkəmədə həmçinin Rasim Əliyevin xəstəxanada 8-ci polis bölməsinin rəisi Vüsal Qaraşova yazdığı ərizə elan olunub. Həmin ərizədə mərhum jurnalist “facebook”da futbolçu Cavid Hüseynov haqda status paylaşması, bundan sonra bir nəfərin zəng edib ünvanına nalayiq ifadələr işlətməsi, ardınca futbolçunun özünün də onunla əlaqə saxlayıb hərəkətinin doğru anlaşılmadığını izah etməsi, ardınca “facebook”da Cavid Hüseynov barədə əvvəlki fikirlərilə əlaqədar təkzib yazması, bundan bir qədər sonra əvvəl zəng edən şəxsin yenidən əlaqə saxlayıb onu görüşə çağırması və nəhayət, bir qrup şəxs tərəfindən döyülməsi, telefonu və pul kisəsinin götürülməsi barədə ətraflı qeyd edib. Ərizənin sonunda isə həmin şəxslər barəsində tədbir görülməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri Rasim Əliyevin vəziyyətinin ağır olmasına görə izahat yazmaması barədə məhkəməyə göndərilən cavabın həqiqətə uyğun olmadığını bildiriblər. Vəkillərin fikrincə, əgər adam ərizə yaza bilibsə, müsahibə veribsə, deməli, izahat vermək iqtidarında da olub, amma nədənsə, o izahat ortada yoxdur.

63 il həbs cəzası…

Daha sonra Rasim Əliyev döyülərkən hadisə yerindəki təhlükəsizlik kamerasının lentə aldığı görüntülər və mərhum jurnalistin xəstəxanada verdiyi video-müsahibə məhkəmədə nümayiş etdirilib.

Ardınca hakim Eldar Ismayılov məhkəmə istintaqının tamamlanmasını təklif etsə də, vəkillərin bir qismi, eləcə də təqsirləndirilən şəxslər buna etiraz ediblər. Buna baxmayaraq, məhkəmə istintaqın tamamlanmasına qərar verib.

Daha sonra prokuror çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxslərə qarşı ittihamlar məhkəmə istintaqı zamanı tam sübuta yetirilib. Prokurorun sözlərinə görə, bu iş üzrə ibtidai istintaq zamanı həkimlərlə bağlı cinayət təqibinə xitam verilməsi haqda qərar qəbul olunub. Həmin qərardan da nə məhkəməyə, nə də Baş Prokurorluğa şikayət verilib. Dövlət ittihamçısı çıxışının sonunda təqsirləndirilən şəxslərdən Elşən Ismayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Mustafayev və Kənan Mədətovun 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Təəssüf ki, bu addımı atmaq məhkəmənin marağında olmadı”

Zərəəkmişin nümayəndəsi Fariz Namazlı məhkəmə istintaqının tamamlanması məsələsinə münasibət bildirərkən həkimlərin məsuliyyətdən kənarda saxlanılması ilə əlaqədar narazılığını ifadə edib: “Biz həkimlərin məsuliyyətə cəlb olunmasını istəyirdik. Məhkəmə istintaqı başlanandan bu günə qədər də bu tələblə çıxış edirdik. Təəssüf ki, həkimlər məsuliyyətə cəlb olunmadı. Görünür, tapşırıq belə olub ki, yalnız Rasim Əliyevi döyən şəxslər cəzalandırılsın. Həkimlər və Cavid Hüseynovla bağlı verdiyimiz şikayətlər isə nəticəsiz qaldı”.

Ibtidai istintaq zamanı həkimlərlə bağlı qəbul olunmuş qərardan şikayət verilməməsi barədə dövlət ittihamçısının dediklərinə gəlincə, Fariz Namazlı onunla razılaşmır: “Istintaq zamanı müstəntiq tərəfindən sübutların qiymətləndirilməsinə dair qərar qəbul edilir. Həmin qərar məhkəmə nəzarətinin predmeti deyil. Bu baxımdan, dövlət ittihamçısının o qərardan şikayət olunmaması barədə dedikləri qanunvericiliyə də uyğun deyil. Baxmayaraq ki, məhkəmə verilən ittiham çərçivəsindəə baxır, amma prosesin gedişində başqa şəxslərin əməlində cinayət tərkibinin olması nəticəsinə gələrsə, bu barədə prokurorluğa məlumat göndərə bilərdi. Amma təəssüf ki, bu addımı atmaq məhkəmənin marağında olmadı. Üstəlik, biz şikayətlər vermişik, hətta məhkəmənin hazırlıq iclasında da vəsatət qaldırmışdıq ki, həkimlər məsuliyyətdən kənarda saxlanıldığı üçün iş ibtidai istintaqa qaytarılmalıdır. Amma məhkəmə həmin vəsatəti də təmin etmədi”.

Üç təpiyə 63 il iş olar?!”

Təqsirləndirilən şəxslərdən Kənan Mədətovun anası Ilhamə Mədətova prokurorun çıxışının ədalətsiz və çox sərt olduğunu bildirib. Onun sözlərinə görə, bu iş üzrə ibtidai istintaq qeyri-obyektiv, qərəzli keçirilmişdi, məhkəmə də eyni yanaşmanı davam etdirdi: “Məhkəmədə sanki prokurordan başqa heç kim yoxdur, ancaq onun dediyi eşidilir. Həkimləri məsuliyyətdən kənarda saxlayıb, onların əməllərini ört-basdır edib, bu uşaqlara belə ağır cəza verməklə ədalət görüntüsü yaratmağa cəhd göstərilir. Işin içində ekspertin rəyi var ki, mənim övladım ümumiyyətlə, Rasim Əliyevə toxunmayıb. Ona durub 11 il 6 ay cəza istəməyin adı ən yumşaq şəkildə ədalətsizlikdir. Mən uşağıma bəraət istəmirəm, onun elədiyi hərəkətə uyğun cəzalandırılmasının tərəfdarıyam. Bu uşaqlara üst-üstə 63 il iş istənildi. Üç təpiyə 63 il iş olar?! Başa düşürəm, insan dünyasını dəyişib, amma bunlar onu qəsdən öldürməyiblər axı… Bunlar da gəncdilər, valideynləri var. Insan hər bir addımı atanda başının üstündə Allahı görər”.

Məhkəmə prosesi martın 1-də davam edəcək.

Aytən