Su da bahalaşdı

su

Vahid Məhərrəmov: «Xammalın xaricdən gətirilməsi, valyuta ilə alınması sahibkarı qiymət artımına getməyə məcbur edir»

Ötən il dekabrın 21-dən etibarən manatın üzən məzənnəyə keçməsi və dolların bahalaşması bir çox məhsullar kimi qablaşdırılmış suların da qiymətinə təsirsiz ötüşməyib. Belə ki, ayrı-ayrı şirkətlər tərəfindən istehlakçılara satılan qablaşdırılmış suların qiyməti iki dəfə bahalaşıb.

Bakının bir çox mağazalarından apardığımız araşdırma nəticəsində öyrəndik ki, suların qiyməti 50% qalxıb. Satıcılar bildirdilər ki, qiymətlərin artımı nəticəsində qabalşdırılmış suya olan tələbat əvvəlki günlərlə müqayisədə xeyli azalıb.

Əgər əvvəllər insanlar qablaşdırılmış suların daha təmiz olduğunu düşünərək, bu növ suları almağa daha çox üstünlük verirdilər. Amma qiymətlər artdıqdan sonra mənzillərə verilən sularla kifayətlənməli olurlar. Suya verilən pulla isə daha çox qida və digər tələbatlarını ödəməyə çalışırlar.

Qablaşdırılmış suların satışı ilə məşğul olan şirkətlərin bir neçəsi ilə əlaqə saxladıq. Şirkətin məsul işçiləri bizə qiymət artımının səbəblərini belə izah etdilər.

Qablaşdırılmış suların qiyməti 50% qalxıb”

Qablaşdırılmış suların devalivasiyadan əvvəl və sonrakı qiymətləri (AZN)
Qablaşdırılmış suların devalivasiyadan əvvəl və sonrakı qiymətləri (AZN) 

Bəli, suların qiymətlərində artım var. Amma bu başa düşüləndir. Biz suyun qablarını, qapaqlarını və etiketlərini xarici ölkələrdən gətiririk. Məsələn, əvvəllər 100 dollar, yəni 78 manat verirdiksə, bu gün 156 manat verməli oluruq. Ona görə məcburuq ki, satış qiymətlərimizi artıraq”, – deyə şirkətlərdən birindən bildirdilər.

Digər bir şirkətin nümayəndəsi isə bildirdi ki, əvvəlki dövrlərə nisbətən su Bakıya gətirilənə kimi daha çox pul xərclənir:

Orada isə torpaq pulu verirlər. Bundan başqa isə sürücülərin maaşlarının da artması satışdakı suların qiymətinə təsir göstərir”, – deyə marketinq meneceri qeyd etdi.

Qiymətlərin artması ilə bağlı Iqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev dedi ki, satışda olan suların qiyməti nazirlik tərəfindən tənzimlənmir. “Həmin satılan sular bazar iqtisadiyyatı prinsipinə uyğun olaraq, tələb, təklif əsasında formalaşır”, – deyə Abbas Əliyev vurğuladı.

Xarici ölkələrdə də insanlar qablaşdırılmış suya daha çox üstünlük verirlər. Amma həmin ölkələrdəki qiymətləri Azərbaycanla müqayisə etsək, nə qədər böyük fərqin olduğunu aydın şəkildə görmək olar. Məsələn, Rusiyada 5 litr suyun qiyməti 40 rubl (0.80 qəpik), Qazaxıstanda isə 200 tengədir (0.88 qəpikdir).

Qablaşdırılmış suyun qiymətinin qalxması ürəkaçan hadisə hesab olunmasa və istehlakçıların narazalığına səbəb olsa da, şirkətlərin də öz əsasları var. Suyu istehsal edən şirkətlər deyir ki, onlar qablaşdırılma üçün lazım olan ləvazimatları dollarla aldığı üçün qiymətlər dəyişib. Əgər məhsulları əvvəlki qiymətə satarsa, nəinki, gəlir əldə edə bilməz, eyni zamanda, ziyana işləyər. O zaman ya şirkət bağlanmalı, insanlar işsiz qalmalı, ya da məcbur olub qiymətlər qaldırılmalıdır. Qablaşdırılmış su ala bilməyənlər isə qiymətlərin artımı ilə razılaşa bilmirlər. Ona görə də, qablaşdırma sahəsində lazım olan ləvazimatların yerli istehsalına nail olmaq lazımdır ki, onlar xaricdən idxal olunmasın. (ans)

I.Əliyev öləkədəki qiymət artımı ilə bağlı keçirdiyi müşavirələrin birində daxili istehsal mallarının qiymətinin yolverilməz olduğunu bildirmişdi. Amma ölkə ərazisində satışda olan sulların əksəriyyəti yerli istehsal olsa da, onlarda ciddi qiymət artımı müşahidə olunur.

vahid-meherremov1

Ekspert Vahid Məhərrəmov bildirdi ki, satışda olan içməli sullar fərqli olur. Elə istehsalçılar var ki, Bakıda adi suyu götürərək onu filterdən keçirtdikdən sonra qablaşdırıb içməli su kimi satışa təqdim edirlər. Amma elə su da var ki, bunlar bulaq suyudur və qablaşdırılaraq, uzaq məsafədən gətirilir. Ona görə sonuncu tip sulların maya dəyərində kəskin fərq yaranır: “Içməli sulların qabları xaricdən gətirilir. Amma bu o demək deyil ki, yalnız qabın qiymətinin artması ilə içməli sullar bahalaşdırılıb. Burada digər səbəblər də var. Suların təmizlənməsi üçün nəzərdə tutulan filterlər də xaricdən gətirilir. Manatın qiyməti dollara nisbətən iki dəfə dəyər itirirsə, bu o deməkdir ki, bütün malın, məhsulun qiyməti bir o qədər qalxacaq. Bu qiymət artımı zamanla özünü göstərməli idi”.

V.Məhərrəmov onu da bildirdi ki, zaman-zaman digər yerli məhsul kimi təqdim olunan məhsulların da qiymətində artım müşahidə olunacaq. “Xammalın xaricdən gətirilməsi, valyuta ilə alınması sahibkarı qiymət artımına getməyə məcbur edir”, deyə V.Məhərrəmov vurğuladı.

Xəyal