
Həmin mənbəyə görə, 2015-ci ildə dövlət borcuna xidmət üçün 700 mln manat dövlət büdcəsi vəsaiti yönəldilib.
Borcalma şərtlərinə görə, xarici borcun üçdə biri 10-20 il qaytarılmalıdır. Ötən ilin yanvarında Maliyyə Nazirliyi məlumat vermişdi ki, bu dövrdə dövlət xarici borcun 60,2%, 20 ildən sonra 32,5%-i qaytarmalıdır.
2015-ci ildə Azərbaycanın xarici dövlət borcu manat ekvivalentində 2 dəfə artaraq 10 mlrd 751 mln manata çatıb. Bu, manatın devalvasiyasının nəticəsidir.
Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti il ərzində 8,6%-dən 19.8 faizə artıb.
Turan-ın təxmini hesablamasına görə, Azərbaycanın hər sakininə $710 xarici borc düşür.
(contact)