bmt-ts

Rusiyanın anti-Türkiyə qətnaməsi BMT TŞ-dən keçmədi

bmt-tsRusiyanın Suriyadakı vəziyyətlə bağlı qətnaməsi BMT Təhlükəsizlik Şurasından keçməyib. Təhlükəsizlik Şurasının fevralı 19-da keçirilən növbədənkənar iclasında qurumun 6 üzvü Rusiyanın təqdim etdiyi qətnamənin əleyhinə səs verib.

Rusiya TŞ-nin iclasını çağıraraq, Suriyadakı vəziyyətin və Türkiyənin bu ölkənin şimalına mümkün müdaxiləsinin müzakirə edilməsini tələb etmiş, bununla bağlı müvafiq qətnamə lahiyəsi təqdim etmişdi. Layihədə nəzərdə tutulmuşdu ki, Suriya hökumətinin razılığı olmadan bu ölkədə hərbi əməliyyatların aparılması və onun ərazisinin kənardan atəşə tutulması qadağan edilsin.

Lakin ABŞ və Fransa başda olmaqla, TŞ-nin 6 üzvü Rusiyanın qətnamə layihəsini rədd edib.

Fransanın təmsilçisi Fransua Delatr deyib ki, Moskvanın Bəşər Əsəsdi dəstəkləməsi prosesi dalana dirəyib.

ABŞ-ın nümayəndəsi Samanta Pauer isə bildirib ki, Rusiya yeni qətnamə ilə dünyanın başını qatmaqdansa, BMT TŞ-nin Suriya ilə bağlı indiyə qədər qəbul etdiyi qətnamələrə əməl etməlidir.