Keçmiş konsuldan “Azadlıq”a dəstək

nahid-ceferov1Azərbaycanın Niderlanddakı keçmiş konsulu Nahid Cəfərov feysbuk səhifəsində “Azadlıq” qəzetinə maliyyə yardımı göstərməyə çağırış edib. Keçmiş konsul yazır:

“O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun” – Məmməd Əmin Rəsulzadəyə məxsus olan bu fikir günümüzdə də aktuallığını itirməmişdir.
Əziz dostlar,
Əvvəllər də qeyd etdiyim kimi, Azərbaycanda iqtisadi problemlər deyil, siyasi problemlər var və bu problemlərin iqtisadi ünsürləri bizim həyatımızı alt-üst edir. Bu siyasi proseslərə etiraz etmədən heç bir iqtisadi problemin həlli mümkün deyildir. Bu gün üzləşdiyimiz iqtisadi çətinliklərin kökünü Azərbaycanda gedən represiv və senzuraya söykənən siyasi proseslərdə axtarmaq lazımdır. Bu gün Azadlıq qəzetinə qarşı olan ədalətsizlik daha dərin iqtisadi problemlərin əsasını qoyacaq növbəti bir səriştəsiz addımdır. Bu qəzetə qarşı süni şəkildə yaradılmış maliyyə problemlərini birləşərək həll etmək və hökumətin qeyri demokratik addımlarına maneə yaratmaq mümkündür.
Bizim edəcəyimiz kiçik bir maliyyə yardımı yüzminlərlə insanlara ölkədə baş verənlərdən düzgün məlumat almaq imkanı qazandırmaqla yanaşı, hökumətin haqsız və ədalətsiz davranışında maneələr yaratmış olacaq.