AXCP Gənclər Komitəsi-nin üzvləri Ankarada baş verən terror aktı ilə bağlı bu gün Türkiyənin Bakıdakı səfirliyinin qarşısına gələrək terror nəticəsində həyatlarını itirmiş insanların xatirəsini anıb. Gənclər səfirliyin qarşısına tər gül dəstələri düzüb, səfirlik əməkdaşları ilə görüşüb baş verən dəhşətli hadisəni lənətlədiklərini, qardaş türk xalqına dəstəkələrini ifadə ediblər. Bundan sonra gənclər Türkiyə səfirliyinin yaxınlığında yerləşən Mustafa Kamal Atatürkün abidəsini də ziyarət ediblər.