Əsədi devirmək üçün xüsusi təyinatlılar göndərildi

b_esed4Səudiyyə Ərəbistanı Suriyanın cənub-şərqində xüsusi əməliyyat keçirməyə hazırlaşır.

Hərbi müdaxilə İordaniya ərazisindən baş tutacaq.

Adı açıqlanmayan səudiyyəli məmur Suriyada əməliyyat keçirmək üçün xüsusi təyinatlı qoşunların İordaniyaya getdiyini və sərhəd ərazilərində kəşfiyyat apardıqlarını etiraf edib.

Rəsmi Ər-Riyad fevralın 16-da verdiyi açıqlamada Suriyada quru əməliyyatları aparmağa hazır olduğunu, lakin bunu ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya tərkibində aparacaqlarını demişdi.

 

(modern.az)